• DONDURMA-sevdiyimiz dessert

    • 30.03.2024

    Dondurma … böyüklər və uşaqları sevindirəcək ləzzətli bir desertdir. 3A sinfi Azərbaycan dili dərsində dondurmanın tarixini, müsbət və mənfi cəhətlərini öyrənərək  balaca əllərilə dadlı dondurma hazırladırlar.

    Heç kim dəqiq bilmir ki, dondurma harada və necə yaranmışdır. Məlumdur ki, Makedoniyalı İsgəndər Hindistana və İrana yürüş etdikdə dondurma yeyirdi.   Avropaya dondurmanı Marko Polo on beşinci əsrdə Çindən gətirmişdi.  Avropada dondurmanı ilk dəfə italiyalı aşpazlar hazırlamışdılar. Xüsusilə də Siziliya adasında. Dondurmanın müsbət və mənfi tərəfləri var. Dondurmanın müsbət tərəfi odur ki, çoxlu  zülallardan ibarətdir və şişin yaranma təhlükəsini azaldır. Mənfi tərəfi isə odur ki, çoxlu miqdarda yağlardan və şəkərdən ibarətdir.  Yağlar və şəkər isə kökəlməyə səbəb olur və orqanizm üçün faydalı  deyil.  

    Meyvə dondurması

    İlk meyvə dondurması təsadüfən 1905-ci ildə yarandı. 11 yaşlı Frenk Eferson qazlı şirin suyu su və ətirli tozla hazırlayırdı. Suyu və ətirli tozu Frenk Eferson çubuqla qarışdırırdı. Bir gecə onun şirin suyu hazırladığı alətləri bayırda qaldı. Ertəsi gün Frenk gördü ki, çubuq şirin buzla örtülmüşdür. Bu, birinci meyvəli dondurma idi.