• Xocalı soyqırımı

    • 26.02.2024

    26 fevral 2024-cü ildə Bakı İstanbul Liseyinin 5A sinfinin şagirdləri Xocalı soyqırımının otuz ikinci ildönümünə  həsr edilən tədbir keçirdilər. Tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat müəllimi Süleymanova Yasəməndir. Aparıcılar Babayeva Xədicə və Yaqubova Humay, digər tədbir iştirakçıları isə Məlikli Bahar, Bəhlulzadə Aysu, Mehdizadə İnci, Surxayzadə Məharət, Həsənli Uğur, Məhərrəmov Vahid, Məmmədov Pərvizdir. Tədbirdə aparıcılar Xocalı faciəsi haqqında məlumat verdikdən sonra, şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Qısa videocarx  nümayiş etdirildi sonra şagirdlər "Xocalı" şeirini səsləndirdilər. Sonda isə Xocalı faciəsinə həsr olunmuş qısa bir səhnəciklə tədbir yekunlaşdı.