• Gözlənilməz hadisələr

    • 26.02.2024

    3A sinfinin şagirdləri maraqlı peşələrlə tanış oldular. Həm peşələri canlandırıb öyrədici mesajlar verdilər, həm də öyrənərək əyləndilər

    Həyatımız gözlənilməz sürprizlərlə doludur. Odurki hər birimiz gözləmədiyimiz bəzi hadisələrə hazır olmalıyıq. Məsələn, dostları ilə gəzintiyə çıxıb danışan, gülən və sevinən bir insanın qəflətən ayağı büdrəyir və yıxılır. Nə edəcəyimizi bilmirik. Halbuki ilk işimiz  103 telefon nömrəsini yığıb "Təcili tibbi yardım" çağırmaq olmalıdır. Yardıma gələn həkim xəsarət alana ilk tibbi yardım görsədəcək, lazım gələrsə onu xəstəxanaya çatdıracaqdır. Yəni, bacarmadığımız, bizim üçün çətin olan bir iş həkim peşəsini seçmiş insanlar üçün adi bir haldır.

    Yəqinki çoxunuz şahidi olmusunuz, ictimai yerdə qəflətən qarmarışıqlıq düşür, iki yaxud üç nəfər dalaşıllar. Ətrafdakı insanlar həyacan keçirir, onları intizama dəvət edilllər.  Amma onları sakitlləşdirmək mümkün olmur. Belə halda 102 nömrəsini yığıb hadisə yerinə polis çağırmalıyıq. Polis maşınlarını hamınız görmüsünüz. Polisin işi əsaişi təmin etmək, insanların keşiyini çəkməkdir. Polis işləyən ucaboy, çevik və qorxmaz igid oğlanların əlində belə yaramazları ram etmək çox adi haldır. Polis olmasa dələduzlar, oğrular, əyyaşlar və sair bu tipdə olan insanlar ağıllarına gələn hər işi edəllər. 

    Müasir dövrdə tez-tez rast gəldiyimiz hadisələrdən biridə yanğındır. Yanğın elə təbiət hadisəsidir ki, insanlar onun əlində acizdirlər. Amma yanğın söndürənlər üçün o qorxulu deyil. Çünki yanğını söndürməyin yollarını onlar mükəmməl bilirlər. İstifadələrində olan yanğın söndürən maşın və avadanlıqlardan istifadə etməklə çox güclü yanğınları belə qısa zaman ərzində söndürüllər. Əsas məsələ onlara yanğın böyüməmiş məlumat verməkdir. Yanğın hadisəsini görən hər bir kəsin borcu 101 nömrəsini yığmaq və yanğın barədə yanğın söndürənlərə xəbər verməkdir.