Hamıya məlumdur ki, orqanizmin sağlam olması üçün gün ərzində meyvə və tərəvəz yeməliyik. Ancaq bəzən tək bir meyvə yeyərək kifayətlənirik. Buna görə də, mütəxəssislər meyvələrin salat formasında yeyilməli olduğunu bildirirlər. Çünki meyvə salatına müxtəlif meyvələr əlavə edildiyi üçün orqanizmin vitamin və mineral çatışmazlığını ödəyir. Məktəbə hazırlıq qrupunun Rus bölməsi şagirdləri balaca əllərilə dadlı, faydalı meyvə salatı hazırladılar.



