• Kukla teatrın sehirli dünyası

    • 26.11.2023

    Şagirdlərimizlə kukla teatrına yollandıq və gözəl bir tamaşa izlədik. İlk öncə onu qeyd edək ki, teatr təkcə tamaşanı izləyib, bir neçə saatını əyləncəli keçirmək üçün bir vasitə deyil. Teatr ən gözəl tərbiyə növüdür. Əyani şəkildə insanlara kim olduğunu, cəmiyyətdə tutduğu mövqeni göstərir. Teatr sehrli bir aləmdir, burada uşaqların dünyagörüşləri genişlənir, həyata baxışı dəyişir və bir anlıq özünü nağıl qəhrəmanlarının yerinə qoyur.