Müəllim: Suzana Qafarova
Sinif: 3/A .
Həndəsə riyazi təhsilin fəza təsəvvürləri yaradan, inkişaf etdirən və praktik bacarıqlar formalaşdıran zəruri hissəsidir. Dərsdə verilən həndəsi məzmunlu tapşınqlar və onlarla iş metodlan uşaqlarda fəza təsəvvürlərini, müşahidə və müqayisə etmək, ümumiləşdirmək və mücərrədləşdirmək bacanğını inkişaf etdirməyə kömək etməlidir. Bu məqsədlərə nail olmaq üçün praktiki tapşınqlardan istifadə metodu xüsusi əhəmiyyət kəsb edir. Həndəsə elementlərinin öyrədilməsi-əsasən də praktik iş, yəni həndəsi fıqurların ölçülməsi, çəkilməsi ibtidai sinif riyaziyyat kursunda xüsusi yer tutur. İbtidai məktəbdə həndəsi materialın öyrədilməsində əsas məqsəd uşaqlarda nöqtə, düz xətt, çoxbucaqlılanrın müxtəlif növləri, düzbucaqlı, kvadrat və s. kimi həndəsi fiqurlar barədə aydın təsəvvürlərin formalaşdınlmasıdır. Növbəti mərhələ ölçü alətlərindən istifadə etməklə həndəsi fıqurların qurulması və ölçülməsi kimi praktik bacarıqların inkişaf etdirilməsidir. Şagird həmçinin olçü alətləri olmadan da gözəyarı olçməyi, əllə çəkməyi bacaımalıdır. İbtidai sinifdə həndəsi materialın öyrədilməsi həndəsi fiqurlar barədə təsəvvürlərin toplanmasıdır, fəza təsəvvürlərinin, məntiqi təfəkkürü, praktik bacarıq və vərdişləri inkişaf etdirir, şagirdləri gələcəkdə həndəsəni öyrənməyə hazırlayır. Həndəsi materialın oyrənilməsi aşagıdakı sxem üzrə apanlır:


Fiqurun adı -► fıqurun tanınması —►fiqurun qurulması —►fiqurun xassələrinin öyrənilməsi.
Həndəsə tədrisinin qarşısında duran məsələlər:
1) uşaqlarda fəza təsəvvürlərinin inkişafı;
2) müxtəlif həndəsi fiqurlar, həcmli cisimlər haqqında təsəvvürlərin formalaşması;
3) elementar qurma (şəklini çəkmə) bacarıqlarıdır.

