• Çörək müqəddəs nemətdir.

    • 17.02.2024

     

    Torpağa düşməsin havayı bir dən,
    Çörək bol olarsa basılmaz Vətən!

    Xalqımızda çox gözəl bir adət var. Böyüklər həmişə kiçiklərə nəsihət edərlər ki, yerdə çörək parçası görəndə onu qaldırıb öpmək və uca bir yerə qoymaq lazımdır. Bizdə əsl dostluğu da çörək kəsməklə başlayar, and içəndə də çörəyə and içərlər. Bütün bunlar göstərir ki, xalqımız çörəyə müqəddəs bir nemət kimi, bərəkət kimi baxır və onu uca tutur.  İnsanlara çörək qədər vacib olan başqa bir nemət yoxdur. Azərbaycan xalqı ən qədim zamanlardan çörəyə ehtiramla yanaşmış, evinə ən əziz qonaq gələndə onu duz-çörəklə qarşılamışdır. Çörək əvəzedilməz nemətdir. Hər yerdə süfrəyə birinci çörək gətirirlər. Çünki çörək süfrənin şahıdır. Çörəksiz ən böyük qonaqlıq da insanı doydura bilməz. Çörək elin varı, elin sərvətidir. Çörəyə xor baxmaq, onu ayaq altda atmaq, tullamaq, diz üstdə bölmək ən böyük günah sayılır.

    N1 çörək zavodunda ekskursiya zamanı 4-cü siniflərimiz maraqlı məlumatlar əldə etdilər.