Bakı İstanbul liseyi rəsmi beynəlxalq Cambridge İmtahan Mərkəzidir. Bütün məktəblilər 14-16 yaşında İGCSE, 16-18 yaşda A level imtahanlarında iştirak edə bilərlər.
IGCSE dünyanın hər yerində universitetlər və işəgötürənlər tərəfindən əldə edilən müvəffəqiyyət rekordu kimi tanınır. Dünyanın bir çox universitetləri qəbul tələblərinə cavab vermək üçün A Level və IGCSE imtahan nəticələrini tələb edir.
A Level beynəlxalq kvalifikasıyasıdır. 16 yaşı tamam olan şagirdlər ixtisas fənləri üzrə iki və ya üç fənn üzrə A level imtahanları verir və ali məktəblərə daxil olurlar. Cambridge A Level kvalifikasiyası dünyanın yüksək reytinqli universitetləri daxil olmaqla 195 ölkədə 2000-dən çox ali məktəbdə qəbul olunur. Azərbaycanda tədris dili ingilis dili olan ali məktəblər, İngiltərədə bütün universitetlər və 600-dən çox ABŞ universiteti, Harvard, MIT, Stanford və Yale daxil olmaqla, Cambridge Yüksək Səviyyə (A Level) qvalifikasiyasını qəbul edir. ABŞ və Kanada kimi ölkələrdə diqqətlə seçilmiş A Level fənlərindən yaxşı qiymətlər bir ilə qədər universitet kursu krediti ilə nəticələnə bilər.
IGCSE və A level qvalifikasıyasını qəbul edən ali məktəblərin siyahısını https://www.cambridgeinternational.org/recognition-search/ ünvanındakı onlayn məlumat bazasından əldə etmək olar.
www.cambridgeinternational.org
Recognition and credit policy search – Cambridge International
Find university, college, and institution policies for entrance, credit, or placement for Cambridge International AS & A Level, AICE, IGCSE, O Level, PDQs, Pre-U, and Glo...







