Bakı-İstanbul liseyinin Sosial İşlər üzrə Rəhbəri Vüsalə Əliyevanın rəhbərliyi ilə "Azadlıq Sədası" adlı tədbir baş tutdu. Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuşdur. Tədbirdə xoreoqraf Amil Əhmədovun rəhbərliyi ilə rəqs qruppası "Ana" adlı musiqi ilə çıxış etdilər. Xor rəhbəri Anelya Asalıyevanın Xor qruppası isə "Ağla karanfil ağla", "Şəhidlər" musiqisi ilə çıxış etdilər.



