• 3A sinfində "Vulkan püskürməsi" dərsi

    • 31.12.2023

    Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür. Fəal vulkanlardan başqa sönmüş vulkanlar da var. Lakin bəzən sönmüş vulkan da oyanır. Ona görə də belə vulkanları yatmış vulkan adlandırırlar. Qafqaz sıra dağlarının Kazbek və Elbrus kimi zirvələri sönmüş vulkanlardır. Bir də palçıq vulkanları var. Belə vulkanların mənşəyi neft-qaz yataqları ilə bağlıdır. Palçıq vulkanları olan ərazilər neft və qaz-kondensat yataqları ilə zəngin olur. Palçıq vulkanlarının püskürməsi güclü partlayışlar və yeraltı uğultu ilə müşayiət olunur. Bütün bu məllumatları Suzanna müəllim 3 A sinifin şagirdlərinə maket üzərində əyani olaraq nümayiş etdtirərək, detallı olaraq anlatdı.