• ULU ÖNDƏR

    • 14.05.2024

    10  May 2024-cü ildə İstanbul liseyinin 3 a sinifində Suzanna müəllimənin Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş açıq dərsi keçirildi.  Olduqca rəngarəng əyani vəsaitlərlə təchiz edilmiş maraqlı dərsdə gənc fidanlar Heydər Əliyevin ömür yoluyla tanış oldular. Heydər Əliyevin uşaqlara olan sevgisi ön planda nümayış etdirildi. Heydər Əliyevin vətən, torpaq, ana dili, milli mənsubiyyət və sair haqqında fikkirləri manitor vasitəsilə ekrana gətirildi. “Təhsil millətin gələcəyidir!” – deyən Ulu Öndərin təhsilə necə böyük diqqət ayırdığı nümayiş etdirildi.